“Qarabağ” daha bir futbolçunun keçidini açıqladı

“Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi Leandro Andrade ilə müqavilə imzalayıb.

Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

Andrade “Qarabağ”da 15 nömrəli formada çıxış edəcək.