Qurban Qurbanovun mətbuat konfransının vaxtı bilindi

“Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsinin ikinci turunda İstanbulda, “Başakşehir Fatih Terim” stadionunda sabah Bakı vaxtı ilə saat 21:55-də İspaniyanın “Vilyarreal” klubunu qəbul edəcək.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 14:00-da media mənsublarının suallarını cavablandıracaq. Saat 17:00-da isə komanda “Başakşehir Fatih Terim” stadionunun köməkçi meydançasında oyunöncəsi son məşqinə çıxacaq.

“Qarabağ” – “Vilyarreal” matçı oktyabrın 29-da keçiriləcək.