“Qarabağ” Kiprə yollandı – VİDEO

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində avqustun 6-da APOEL-lə qarşılaşacaq “Qarabağ” Kiprə yollanıb.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi təxminən bir saat öncə çarter reysi ilə Bakıdan Larnaka şəhərinə yola düşüb.

Təyyarənin uçuşdan 3 saat sonra – Kipr vaxtı ilə 19:30-da eniş etməsi gözlənilir.

Sabah yerli vaxtla saat 19:15-də baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, saat 19:30-da isə komandanın oyunun keçiriləcəyi Nikosiya stadionunda məşqi nəzərdə tutulub.

Avqustun 6-da keçiriləcək APOEL – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 21.00-da start veriləcək. Oyundan dərhal sonra isə komanda Bakıya qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button