“Qarabağ” kimin üçün oynayır?

Kürşad

Bir vaxtlar Azərbaycan Premyer Liqasında çıxış etmiş, ölkəni avrokuboklarda təmsil etmiş “Bakı”nın bazası dağıdılır, yerində… Bina tikəcəklər, “obyektlər” fəaliyyət göstərəcək. Azərbaycana, azərbaycanlılara futbol, muzey, kitabxana, teatr lazım deyil.

Azərbaycana və azərbaycanlılara bir-birinin içinə girən, bir-birinin içinə girməklə qalmayıb, yolların üstünə dırmaşan binalar, dükanlar, piştaxtalar lazımdır. Bizə alver lazımdır, alver. Satmaq bizim peşəmizdir. Hə, dağıtmaq da. Əvvəlcə yaradırıq, sonra dağıdırıq. İmişlidəki, Yevlaxdakı, Şəmkirdəki, Lənkərandakı stadionlar kimi.

Hərdən düşünürəm ki, avrokuboklarda uğurlu çıxışı ilə fəxr etdiyimiz “Qarabağ” da bizim üçün yox, ermənilər üçün oynayır. “Qarabağ” oynayır ki, Qarabağda “yallı” gedən, əsgərlərinə andiçmə mərasimləri keçirən erməniləri qıcıq etsin, hirsləndirsin. Kim bilir, bəlkə də, ermənilər olmasaydı, bizdə ümumiyyətlə futbol olmazdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button