“Qarabağ” italiyalı hücumçu transfer edir?

“Qarabağ” heyətini yeni hücumçuyla gücləndirə bilər.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi italiyalı hücumçu Manuel Puççiarellini transfer etmək niyyətindədir. Bu barədə “lanazione.it” saytı məlumat yayıb.

Məlumatda, “Kyevo”nun şərəfini qoruyan futbolçunun gələcək taleyinin qeyri-müəyyən olduğu bildirilib. Ona son təklif “Qarabağ”dan gəlib və tərəflər arasında danışıqlar davam etdirilir. 29 yaşlı hücumçunun gələcəyi ilə bağlı məsələnin tezliklə həll ediləcəyi deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button