“Qarabağ” Belfasta getdi – FOTOLAR

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Linfild”lə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ” Şimali İrlandiyaya yola düşüb.

Komanda.az xəbər verir ki, Ağdam klubu bu rəqiblə ilk oyunun keçiriləcəyi Belfast şəhərinə çarter reysi ilə yollanıb.

6 saata yaxın yol qət edəcək Azərbaycan çempionu cəzalı durumda olan Riçard Almeyda ilə Rahil Məmmədovu, həmçinin zədəli olan Bədavi Hüseynovla Filip Ozobiçi səfərə aparmayıb. Əvəzində klubun vitse-prezidenti Tahir Gözəl komanda ilə birgə Belfasta gedib.

Avqustun 22-də keçiriləcək “Linfild” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button