“Qarabağ” inanılmaz dərəcədə keyfiyyətli komandadır” – Stanek

“Qarabağ” inanılmaz dərəcədə yüksək keyfiyyətli komandadır”.

Komanda.az xəbər verir ki, bunu “Viktoriya”nın (Plzen) qapıçısı Yindrjix Stanek Bakıda “Qarabağ”la qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.

Stanek doğma meydanda qələbə qazanacaqlarına inanır:

“Bakıda çox işim olacağını gözləyirdim. Artıq rəqibin tempinə öyrəşdim. Cavab görüşünü öz meydanımızda keçirəcəyik. Evdə oynamaq həmişə daha yaxşıdır. Çempionlar Liqasının qrup mərhələsinə yüksələcəyimizə inanıram”.

Avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq cavab matçı saat 23:00-da başlayacaq.