“Qarabağ” İspaniya klubundan futbolçu alır?

“Qarabağ” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi “Rayo Valyekano”dan Coni Montieli transfer etmək niyyətindədir. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Xəbərdə, “Qarabağ”ın 21 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün təklif göndərəcəyi bildirilib. “Köhlən atlar” qış transfer pəncərəsi dövrü bitməmiş Montiellə rəsmi müqavilə imzalamaq istəyir.

“Rayo Valyekano”nun yetirməsi olan Montiel, bu mövsüm Sequndada 12 oyunda iştirak edib. Yarımmüdafiəçi üç dəfə də 21 yaşadək futbolçulardan ibarət İspaniya millisinin formasını geyinib.