“Qarabağ” Gerye ilə bağlı qərarını verdi – Rəsmi

“Qarabağ” haitili futbolçu Donald Geryeylə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gerye Haiti milli komandasının düşərgəsindən ayrılandan sonra klubla razılaşdırılmış vaxtda düşərgəyə qayıtmayıb və təlim-məşq toplanışıyla yanaşı, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani”ylə görüşdə iştirak etməyib. Bu səbəbdən də Gerye ilə yollar ayrılıb.