“Qarabağ” – “Düdelanj”: Mətbuat konfranslarının vaxtı bilindi

Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Düdelanj” matçından əvvəl təşkil olunacaq mətbuat konfranslarının vaxtı bilinib.

Komanda.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 11-i, saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında keçiriləcək.

“Düdelanj”ın baş məşqçisi Bertrand Krasson isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Lüksemburq təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda olacaq.

Dekabrın 12-də keçiriləcək “Qarabağ” – “Düdelanj” matçı saat 21:55-də start götürəcək.