“Qarabağ” da Antalyada sonuncu məşqinə çıxdı

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində sonuncu məşqinə çıxıb.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin məşqi yerli vaxtla saat 17:30-da (Bakı vaxtıyla 18:30) start götürüb.

İsinmə hərəkətlərinin ardından futbolçular toplu və taktiki çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.

“Qarabağ” sabah Bakı vaxtıyla saat 12:30-da Çexiyanın “Siqma” klubuyla, 18:30-da isə Polşanın “Visla” (Plok) klubuyla yoxlama matçı keçirəcək.