“Qarabağ” ÇL üçün sifariş vərəqəsini UEFA-ya təqdim etdi

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunları üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Qurban Qurbanovun siyahısında 22 futbolçu yer alıb. Onlardan üçü qapıçı, yeddisi müdafiəçi, on biri yarımmüdafiəçi, biri isə hücumçudu.

“Qarabağ” ÇL-in 1-ci təsnifat mərhələsinin Albaniya “Partizani”si ilə mübarizə aparacaq. Bu rəqiblə ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması iyulun 17-də Bakıda baş tutacaq.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev;

Müdafiəçilər: Aylton Silva, Rahil Məmmədov, Maksim Medveyev, Rəşad Sadıqov, Abbas Hüseynov, Bədavi Hüseynov, Donald Gerye;

Yarımmmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı;

Hücumçu: Mahir Əmrəli.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button