“Mənə xəbər verildi ki, bir neçə həftə əvvəl “Qarabağ” onun üçün təklif göndərib”

Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın daha bir qapıçıya təklif göndərdiyi məlum olub.

Komanda.az xəbər verir ki, qapıçı axtarışlarını davam etdirən Ağdam təmsilçisi Şotlandiyanın “Sent Mirren” klubunun qolkiperi Vatslav Hladki üçün təklif göndərib. Bu barədə Şotlandiya mətbuatı məlumat yayıb. “Sent Mirren”in baş məşqçisi Cim Qudvin çexiyalı qapıçı ilə bağlı verdiyi açıqlamada, xəbəri təsdiqləyib:

“Qladki çox yaxşı qapıçıdır. O, “Dandi Yunayted”lə matçda 3 penalti zərbəsini qaytardı. Mənə xəbər verildi ki, bir neçə həftə əvvəl “Qarabağ” onun üçün təklif göndərib, amma ehtiyat variantımız olmadığından, onu satmaq axmaqlıq olardı. Bu mövsüm onu klubda saxlayacağıq”.

“The Scotsman” nəşri “Qarabağ”ın 28 yaşlı qapıçı üçün Şotlandiya klubuna 200 min funt-sterlinq ödəməyə hazır olduğu, amma qarşı tərəfin bu məbləğə razı olmadığını yazıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button