“Qarabağ”ın rəqibiylə qısa tanışlıq – video

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveçin “Molde” klubuyla qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “Molde” Norveç Eliteserenində son mövsümün qalibi olub. Komanda klub tarixində 12 dəfə ölkə çempionluğu yaşayıb. Komandanı 2019-cu ilin aprelindən Erlinq Mo çalışdırır. 50 yaşlı mütəxəssis daha əvvəl “Molde”də köməkçi-məşqçi kimi çalışıb.

“Molde”nin son mövsümdə ən sərrast futbolçusu Ceyms Leke olub. Nigeriyalı hücumçu 17 qolla komandasının çempionluğunda böyük pay sahibi olub. 27 yaşlı futbolçu bu mövsüm də qollarını sıralamağa davam edir. Ceyms, çempionatda 12 oyunda 7 qol vurub.

“Molde” bu mövsüm Çempionlar Liqasında 1-ci təsnifat mərhələsində evdə “KuPS”u 5:0, ardınca səfərdə “Çelye”ni 2:1 hesabı ilə məğlub edib.

Komanda Norveç çempionatında 17 turdan sonra 34 xalla 2-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button