“Qarabağ” – “Bazel” matçından sonra pivə olayı

UEFA Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda keçirilən “Qarabağ” – “Bazel” (İsveçrə) matçından sonra maraqlı hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında masanın üzərində turnirin sponsorlarından olan pivə şirkətinə məxsus butulkanın yer almasını istəməyib.

“Bazel”in baş məşqçisi Patrik Rahmenin mətbuat konfransında isə pivə masaya qaytarılıb.

“Qarabağ” – “Bazel” matçı qolsuz heç-heçə ilə başa çatıb.