“Qarabağ” BƏƏ-dən futbolçu transfer edir?

Birləşmiş Ərəb Əmirliklərinin “Xor Fakkan” klubunun şərəfini qoruyan Bruno Lamas “Qarabağ”dan təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə “Vavel” nəşri məlumat yayıb. Braziliyalı futbolçu sözügedən nəşrə açıqlamasında, Ağdam təmsilçisi ilə yanaşı, bir neçə klubdan təklif aldığını bildirib:

“Yaxşı mövsüm keçirəndə, haqqında çox danışırlar. “Qarabağ”, “Fluminense”, “Vasko de Qama” klublarına və başqa ölkələrə gedə bilərdim. İnkişaf etmək, yaxşı oyunun ardını gətirmək istəyirəm”.

Yarımmüdafiəçinin klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button