“Qarabağ” rekordunu təkrarladı

“Qarabağ” Azərbaycan Premyer Liqasının 16-cı turunda növbəti səfər heç-heçəsinə imza atıb.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, “Sumqayıt”la qolsuz bərabərlik Qurban Qurbanovun yetirmələrinin rəqib meydanındakı 6-cı “sülh”ü olub. Bu, klub tarixinin rekordunun təkrarıdır.

Ağdam təmsilçisi 1992-ci ildən qatıldığı ölkə çempionatlarında heç vaxt 6-dan artıq səfər matçında heç-heçə etməyib. 1993, 1993/94, 1999/2000, 2009/10, 2011/12 və 2012/13 mövsümlərində rəqib meydanından altı dəfə 1 xalla dönən “Qarabağ” 7-ci dəfə eyni göstəriciyə imza atıb.

Ağdamlılar cari mövsümdə daha 6 səfər oyununa çıxacaq. Bu görüşlərdə qeydə alınacaq bir heç-heçə mütləq rekordla nəticələnəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button