“Qarabağ” APOEL-lə oyuna azarkeşsiz çıxacaq

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə APOEL-lə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi sözügedən qarşılaşmaya azarkeş aparmayacaq. Bu barədə Kipr mətbuatı məlumat yayıb.

Xəbərdə, “Qarabağ”ın rəhbərliyinin öz azarkeşlərinə bilet almadığı bildirilib. Buna səbəb, rəhbərliyin azarkeşlər arasındakı mümkün gərginliyi nəzərə almasıdır.

Noyabrın 7-də Nikosiyada keçiriləcək APOEL – “Qarabağ” matç saat 21:55-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button