Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Düdelanj”la (Lüksemburq) qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun qarşılaşmadan öncə keçiriləcək mətbuat konfransının vaxtı açıqlanıb. Bu barədə “Qarabağ”ın rəsmi saytı məlumat yayıb.

Qurban Qurbanov bu gün, saat 20:45-də media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi “Josi Bartel” stadionunda olacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Sabah keçiriləcək “Düdelanj” – “Qarabağ” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button