“Qarabağ” Kiprdən qələbə ilə qayıdır!

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Kiprin APOEL klubu ilə qarşılaşıb. Ağdam klubu bu oyundan qələbə ilə ayrılıb. Komandalar arasındakı cavab oyunu avqustun 13-də, Bakıda keçiriləcək.

“Qarabağ” APOEL səddini keçsə, pley-off mərhələsində PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyunda 2:2 hesabı qeydə alınıb.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyun

6 avqust

APOEL (Kipr) – Qarabağ (Azərbaycan) 1:2
Qol: Georgos Merkis, 90+5 – Mahir Emreli, 54. Maqaye Qeye, 69.
Baş hakim:
David Massa (İtaliya)

APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoğlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praksitelis Vuros, 30. Giorgos Merkis, 44. Nikolas Yannu, 70. Antonio Yakoliş, 91. Draqan Mixayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 13. Kevin Lyafrans, 71. Andre Vidiqal, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Paolo Trametsani.
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.