“Qarabağ” Ağdama səfər edəcək

“Qarabağ” klubunun kollektivi bu həftəsonu işğaldan azad edilmiş Ağdam rayonuna yollanacaq.

Komanda.az xəbər verir ki, komanda səfər zamanı həm Cümə məscidini, həm də Azərbaycanın milli qəhrəmanı, eyni zamanda Ağdam təmsilçisinin əfsanəvi kapitanı Allahverdi Bağırovun məzarını ziyarət edəcək.

Qeyd edək ki, Ağdam noyabrın 20-də tamamilə Azərbaycana qaytarılıb.