“Qarabağ”ın zədəlisi məşqlərə başladı

“Qarabağ” klubu iki günlük istirahətin ardından məşqlərə başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi “facebook” səhifəsi məlumat yayıb. Premyer Liqanın 5-ci turunun “Zirə” ilə oyununda (3:1) çiynindən zədə alan Xayme Romero da məşqlərə başlayıb.

“Qarabağ” Premyer Liqanın 8-ci turunda “Qəbələ” ilə qarşılaşacaq. Qəbələdə keçiriləcək oyun oktyabrın 19-da olacaq.