“Qarabağ” 1600 manat cərimə ödəyəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın 11-ci turunun “Qarabağ” – “Keşlə” oyununda matç bitdikdən dərhal sonra azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

“Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.

“Sabah” klubunun oyunçularının geyimlərindəki qüsurlara görə matç gec başlandığı üçün klub 800 manat cərimə olunur.

Klubun baş məşqçisi Murad Musayev “A” buraxılış vəsiqəsindən istifadə etmədiyinə görə kluba xəbərdarlıq edilir.

Matç bitdikdən dərhal sonra azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

“Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun futbolçusu Vurğun Hüseynov matçın 83-cü dəqiqəsində sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button