“Qarabağ” 100-ə Qurban Qurbanovun oğlu ilə çatdı

“Qarabağ” cari mövsümdə 100-cü qol həddini keçib.

Komanda.az xəbər verir ki, yubiley topunu səfərdə “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 27-ci tur oyununda “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub.

20 yaşlı forvard komandasının ikinci qoluna imza atıb. 101-ci topu isə 90+3-cü dəqiqədə Ramil Şeydayev öz hesabına yazdırıb.

“Köhlən atlar” Azərbaycan Premyer Liqasında 68, ölkə kubokunda 15, UEFA Konfrans Liqasında isə 18 dəfə rəqib qapılarına yol tapıb.