Qeyri-adi statistika: 0 oyun, 2 qırmızı vərəqə!

İtaliya A Seriyasının 28-ci turu çərçivəsində “Parma”ya 2:1 hesabı ilə qalib gələn “İnter”in qapıçısı Tommaso Berni nadir statistikayla yadda qalıb.

Komanda.az xəbər verir ki, qolkiper bu oyunu ehtiyat futbolçular skamyasından izlədiyi halda, qırmızı vərəqə alıb.

Bu, Berni üçün ilk belə hal deyil. “Neradzurra”nın ehtiyat qapıçısı “Kalyari” ilə oyunda da (1:1) meydana çıxmadığı halda, qırmızı vərəqə alıb. Maraqlıdır ki, 37 yaşlı qapıçı “İnter”in heyətində rəsmi oyunlarda forma geyinməyib.

Berni 2014-cü ildən “İnter”in futbolçusudur.