Qana millisinin üzvü karyerasını bitirdi – 30 yaşında

Qanalı futbolçu Emmanuel Badu İtaliyanın “Verona” klubu ilə müqaviləsini ləğv edib və karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçinin belə qərar verməsinə səbəb onun xəstəliyidir.

Badu ağciyərində qan laxtalanması olduğu üçün 1 ildən çoxdur ki, futbol oynamırdı. Yarımmüdafiəçi skaut olaraq çalışmaq niyyətindədir.

Badu karyerası ərzində İtaliyada “Udineze”, “Verona”, Türkiyədə “Bursaspor” kimi klublarda çıxış edib. Yarımmüdafiəçi Qana yığmasında 76 oyunda 11 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button