Avtobus çaya düşdü, 8 futbolçu öldü

Qanada avtobus qəzasında 8 futbolçu ölüb.

Komanda.az xəbər verir ki, hadisə Aşanti bölgəsində, sentyabrın 18-də baş verib. “Afrikan Vizion” klubunun gənc futbolçularını daşıyan avtobus sürücünün idarəetməni itirməsi nəticəsində çaya düşüb. Altı futbolçu hadisə yerindəcə ölüb, 2-si isə xəstəxanada keçinib. Daha 4 futbolçunun da vəziyyəti ağırdır.

12-15 yaş aralığında olan futbolçular gənclər liqasında oynamaq üçün qeydiyyatdan keçməyə gedirdilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button