Milli komandanın sabiq üzvü vəfat etdi

Qana millisinin keçmiş futbolçusu Junior Aqoqo vəfat edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq hücumçu 40 yaşında dünyasını dəyişib.

Karyerası ərzində “Şeffild Uensdey”, “Barnet”, KPR, “Nottinqem Forest” kimi klublarda çıxış edən Aqoqo, 27 dəfə də Qana millisinin formasını geyinib.