Qana millisindəki karyerasını bitirdiyini açıqlayan Asamoa Qyan yenidən yığmaya qayıdıb.
Komanda.az xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu “tvitter” hesabından məlumat yayıb. Qyan, Qana prezidenti Nana Akufo-Addonun tələbindən sonra yenidən yığmaya qayıtdığını deyib.
2003-cü ildə Qana millisində debüt edən Qyan, yığmada 106 oyuna çıxıb və 51 qol vurub. Hücumçu Qana millisində ən çox qol vuran futbolçu ünvanını daşıyır.