Kubokun final oyunundan sonra şampan! – Özü də spirtsiz

İngiltərə Futbol Assosiasiyası ölkə kubokunun qalibini spirtsiz şampanla mükafatlandıracaq.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qurum, futbolçuların dini inanclarına hörmət əlaməti olaraq belə addım atıb. Kubokun qalibi olan komandanın üzvlərinə matçdan sonra paltardəyişmə otağında spirtsiz şampan həddiyə olunacaq.

Şampanın spirtsiz olmasına səbəb isə yarışda iştirak edən klubların heyətində müsəlman və 18 yaşına çatmamış futbolçuların çıxış etməsidir.

İngiltərə kubokunun finalında “Mançester Siti” “Uotford”la qarşılaşacaq. “Uembli” stadionunda keçiriləcək matç mayın 18-da oynanılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button