“Oyunun qalibi biz olacağıq” – Maquayr

İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Liverpul”la qarşılaşacaq “Mançester Yunayted”in futbolçusu Harri Maquayr açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın kapitanı bu oyunun çətin keçəcəyini bildirib:

“Bu, komandamız üçün ən vacib oyunlardan biridir. Hər bir futbolçu belə böyük oyunda meydanda olmaq istəyər. Belə xüsusi oyunlarda bu formanı geyinmək qürurdur. Qalib gəlməyin çətin olacağını bilirik, amma özümüzə güvənirik. Komandamız yaxşı vəziyyətdədir, oyunun qalibi biz olacağıq. Həm özümüz, həm də azarkeşlərimiz üçün yaxşı nəticələrin davamını gətirmək istəyirik”.

“Liverpul” – “Mançester Yunayted” oyunu bu gün, saat 20:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button