“Qalatasaray”ın yeni transferi xəstəliyə tutuldu

“Qalatasaray”ın yeni transferi Henri Onyekuru xəstəliyə tutulub.

Komanda.az xəbər verir ki, bu barədə “cim-bom”un mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Onyekurunun Nigeriyada malyariya xəstəliyinə tutulduğu və bu səbəbdən də komandanın təlim-məşq toplanışında iştirak etmədiyi bildirilib.

Onyekurunun sağalma müddəti haqda yaxın zamanda rəsmi açıqlama veriləcək.

“Qalatasaray” 22 yaşlı hücumçunu “Monako”dan mövsümün sonuna qədər icarəyə götürüb.