“Qalatasaray”ın vitse-prezidenti də koronavirusdan sağaldı

“Qalatasaray”ın koronavirsa yoluxan vitse-prezidenti Abdurrahim Albayrak sağalıb.

Komanda.az “NTV Spor”a istinadən xəbər verir ki, baş məşqçi Fatih Terimdən sonra o da pandemiyaya qalib gəlib.

Bir neçə gün öncə xəstəxanadan buraxılan və müalicəsini öz şirkətinin ofisində davam etdirən klub rəsmisindən götürülən sonuncu testin nəticəsi mənfi olub. Buna baxmayaraq, o, hələ bir neçə gün də öz ofisində karantində qalacaq.

Qeyd edək ki, “Qalatasaray”ın digər vitse-prezidenti Yusuf Günay və Fatih Terim də müalicəsini evdə davam etdirir.