“Qalatasaray”ın sabiq futbolçusu 1-ci liqa klubunda

“Qalatasaray”ın sabiq futbolçusu Orelyen Şedjunun yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 35 yaşlı müdafiəçi “Adana Dəmirspor”a transfer olunub. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fransız müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Şedju, daha əvvəl Türkiyədə “Qalatasaray”, “Bursaspor”, “Başakşəhər”, Fransada isə “Lill” və “Amyen” kimi klublarda çıxış edib. Müdafiəçi Kamerun millisi ilə 49 oyuna çıxıb.