“Təmizlik işləri görür, yemək bişirirəm” – “Qalatasaray”ın futbolçusu

“Qalatasaray”ın futbolçusu Marselo Saraççi Türkiyə mətbuatına müsahibə verib.

Komanda.az xəbər verir ki, 21 yaşlı müdafiəçi, müsahibəsində bir müddət əvvəl koronavirusa yoluxan Fatih Terim haqda da danışıb:

“Terimin koronavirus testinin müsbət çıxdığını öyrənəndə çox narahat oldum. Çünki o, riskli yaş qrupuna aid idi. Terim üçün çox qorxurdum. Ancaq digər tərəfdən də, güclü biri olduğunu bilirdim. Virusa qalib gələcəyindən əmin idim. Sağaldığı üçün də çox sevincliyəm. O, bizim üçün xüsusi biridir. Hamımızın sağlam Terimə ehtiyacı var”.

Saraççi, karantin müddətini necə keçirməsiylə bağlı bunları deyib:

“Gün ərzində həyat yoldaşıma kömək etməyə çalışıram. Təmizlik işləri görür, yemək bişirir, uşağımla maraqlanıram. Bir tərəfdən də məşqlərimi davam etdirirəm. Yenidən futbola qayıtmaq ümidimiz var və özümüzü hazır saxlamalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button