“Qalatasaray”ın futbolçusu əməliyyat edildi: Növbəti mövsümdə olmayacaq

“Qalatasaray”ın futbolçusu Əmrə Akbaba əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Super Liqanın 32-ci turunun “Qalatasaray” – “Rizəspor” qarşılaşmasında (3:2) ayaq biləyi qırılan Əmrənin uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Akbaba növbəti mövsümdə də forma geyinə bilməyəcək.

Cari mövsümün əvvəlində “Alanyaspor”dan transfer edilən 26 yaşlı yarımmüdafiəçi 22 qarşılaşmada iştirak edib.