“Qalatasaray”ın baş məşqçisi istefaya göndərildi

Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Domenek Torren istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

İspaniyalı mütəxəssislə müqaviləyə xitam verilib. 60 yaşlı baş məşqçi ilə yanaşı, onun köməkçiləri də istefaya göndərilib.

Xatırladaq ki, Domenek Torren bu ilin yanvarında “Qalatasaray”ın sükanı arxasına keçmişdi. Onun klubla 2023-cü ilin yayınadək müqaviləsi var idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button