Terim yenə hirsləndi: “Bunun qarşılığı 5 dəqiqədir?”

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Super Liqanın 8-ci turu çərçivəsində “Kayserispor”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Terim, 1:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Mübarizəsi üçün “Kayserispor”u təbrik edirəm. Bir dəqiq zərbələri oldu, o da qolla nəticələndi. Qazandıqları bir xala görə də təbrik edirəm. Hər zaman dediyim kimi, futbolda belə şeylər olur. 30 zərbə vurmağın nəyisə dəyişmir. Təəssüf ki, çox yaxın məsafələrdən qol vura bilmədik. Futbol baxımından çox yaxşı oynadıq”.

Terim, matçın hakimlərini də sərt tənqid edib:

“Bu gün 5 dəqiqə əlavə vaxt verdilər, qaldım meydanda. Mənim əsəbiləşdiyim tək şey var: biz futbol oynamaq istəyirik. Möhtəşəm idarəçilik göstərən hakim var idi. Əla, onu təbrik edirəm. 10 futbolçu əvəzetməsi olub, futbolçular vaxtı uzadıb. Bəs bunun qarşılığı 5 dəqiqədir? Ötən gün iclasda bu müzakirə edilməyib? Oynamaq istəyən bir tərəf, oynamaq istəməyən yüz tərəf var. Təkcə bu oyuna görə demirəm, amma başa düşə bilmədiyim şeylər var. Hər saniyə oyun dayanır və buna göz yuman bir türk hakim var”.