Terimdən futbolçulara xəbərdarlıq: “Səhv istəmirəm”

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaqları oyundan əvvəl futbolçularına xəbərdarlıq edib.

Komanda.az xəbər verir ki, Terim, “Neftçi” ilə oyunöncəsi futbolçularına bunları deyib:

“Rəqibə yuxarıdan aşağıya baxmayın. Bu oyunun sığortası yoxdur. Onlar da bu oyunu bir fürsət kimi görəcəklər. Kompensasiyası olmayacaq bir 90 dəqiqə oynayacağıq, səhv istəmirəm”.

Sabah Bakı Olimpiya stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.