Türklər “Neftçi”nin peşmanlığından yazdı: “Biz Sekidikada nəyi görmədik?”

“Qalatasaray”ın “Əskişəhərspor”dan transfer etdiyi Jesse Sekidikanın 2019-cu ilin əvvəlində “Neftçi”yə təklif olunduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Sekidikanın “Neftçi” rəhbərliyi tərəfindən bəyənilməməsi Türkiyə mətbuatında qeyd olunub. “Fanatik”in xəbərinə görə, “Neftçi” rəhbərliyi 23 yaşlı hücumçunun “Qalatasaray”a transferindən sonra “biz Sekidikada nəyi görmədik?”, “Qalatasaray” kimi komanda transfer edirsə, biz niyə bəyənmədik?” deyib.

Nigeriyalı forvard 2019-cu ilin əvvəlində “Neftçi”də baxışda olub. Amma həmin vaxt “ağ-qaralar”ın keçmiş baş məşqçisi Roberto Bordin onu bəyənmədiyi üçün müqavilə imzalanmayıb.

Sekidika qış transfer pəncərəsi dövründə “Qalatasaray”la 4,5 illik sözləşmə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button