“Qalatasaray”dan yeni transfer – RƏSMİ

“Qalatasaray” heyətinə daha bir futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, İstanbul klubu “Sivasspor”dan ayrılan Emre Kılınçı transfer edib.

Bu barədə “Qalatasaray”ın rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Emre Kılınç, “Qalatasaray”da ilk mövsümdə 11.35 milyon, ikinci mövsümdə 8 milyon, üçüncü mövsümdə 8.5 milyon və dördüncü mövsümdə 9 milyon TL qazanacaq.

Qeyd edək ki, Emre geridə qalan mövsümdə “Sivasspor”da 31 rəsmi oyuna 9 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.