“Qalatasaray”dan ilk oyunda çətin qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 1-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

“Girəsunspor” doğma meydanda “Adana Dəmirspor”a, “Fatih Karagümrük” isə “Alanyaspor”a uduzub.

“Qalatasaray” səfərdə “Antalyaspor”la münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu görüşdə son dəqiqə qolu ilə qalib gəliblər.

Türkiyə Super Liqası
1-ci tur

7 avqust

Girəsunspor – Adana Dəmirspor 2:3
Qol: Sayns, 56. R.Berisbek, 90+1 – G.İnler, 23. Belhanda, 28. Onyekuru, 82.

Fatih Karagümrük – Alanyaspor 2:4
Qol: Borini, 55. Biraski, 72 – Eduardo, 19; 70. E.Bəkiroğlu, 28. E.Yardımcı, 90+3.

Antalyaspor – Qalatasaray 0:1
Qol: Qomis, 90.