“Qalatasaray”dan çətin qələbə

Türkiyə Super Liqasında 7-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

“Qalatasaray” doğma meydanda “Konyaspor”u çətinliklə məğlub edib. Səfərdə “Hatayspor”la qarşılaşan “Kayserispor” isə 4 cavabsız qola sevinib.

Türkiyə Super Liqası
7-ci tur

16 sentyabr

Qalatasaray – Konyaspor 2:1
Qol
: S.Oliveyra, 1. Kalvo, 82-öz qapısına – E.Çekici, 15.

Hatayspor – Kayserispor 0:4
Qol
: Mensah, 5-pen. Kardozo, 44. Bertolaççi 87. Qavranoviç, 90-pen.

17 sentyabr

18:00. Ümraniyəspor – Kasımpaşa
21:00. Antalyaspor – Adana Dəmirspor
21:00. İstanbulspor – Beşiktaş

18 sentyabr

18:00. Başakşəhər – Fatih Karagümrük
18:00. Trabzonspor – Qaziantep
21:00. Ankaragücü – Sivasspor
21:00. Fənərbaxça – Alanyaspor