“Qalatasaray”da yeni müqavilə

“Qalatasaray” gənc futbolçusu Abdussamed Karnuçu ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

20 yaşlı müdafiəçi klubla 3 illik yeni müqaviləyə imza atıb.

Abdussamed “Qalatasaray”ın öz yetirməsidi. O, 2013-cü ildə, 13 yaşında olarkən İstanbul klubuna qoşulub.