“Qalatasaray”da növbəti ayrılıq

Vaxtilə “Qalatasaray”da futbolçu kimi çıxış edən, son mövsümdə isə baş məşqçi Domenek Torrenin koməkçisi olan Albert Riera İstanbul təmsilçisindən ayrılıb.

Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis bununla bağlı sosial media hesabında paylaşım edib:

“2011-ci ildə futbolçu kimi bu böyük kluba gəldim və 11 ildən sonra məşqçi kimi ayrılıram. İndi sizdən öyrəndiklərimi başqa yerdə sınamağın vaxtı gəldi. Özümü təcrübəli və hazır hiss edirəm. Bir gün yenidən görüşəcəyimizə əminəm. “Qalatasaray”ın bir parçası olmaqdan qürur duyuram və hər zaman sizin üçün ən yaxşısını arzulayıram. Bunun vida olmadığını bildiyim üçün üzülmürəm. Tezliklə görüşənədək”.

Riera daha əvvəl “Qalatasaray”da Fatih Terimin köməkçisi vəzifəsində çalışıb. O, futbolçu kimi “sarı-qırmızı” forma ilə 80 matçda çıxış edərək 4 qol vurub, 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button