“Qalatasaray”da ilk ayrılıq

Bu mövsümün sonunda “Qalatasaray”dan ayrılacaq ilk futbolçu bəlli olub.

Komanda.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi Sofyan Fequli İstanbul təmsilçisi ilə vidalaşacağını açıqlayıb.

33 yaşlı oyunçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, “Cim-Bom”da keçirdiyi 5 mövsümə görə klub rəhbərliyinə, futbolçulara və məşqçilər heyətinə təşəkkürünü bildirib.

Fequli “Qalatasaray”a 2017-ci ilin yayında İngiltərənin “Vest Hem” klubundan 4.3 milyon avroya transfer olunmuşdu.