“Qalatasaray”da daha bir koronavirus şoku

Türkiyənin “Qalatasaray” klubunda daha bir nəfər koronavirus pandemiyasına yoluxub.

Komanda.az xəbər verir ki, klub prezidentinin köməkçisi Yusuf Günayın pandemiya testi müsbət nəticələnib. Bu barədə Yusuf sosial şəbəkə hesabında məlumat verib:

“Təəssüf ki, koronavirus testim müsbət çıxdı, vəziyyətim yaxşıdır, müalicəm davam etdirilir”.

Daha əvvəl klubun vitse-prezidenti Abdurrahim Albayrak və komandanın baş məşqçisi Fatih Terimin də virusa yoluxduğu açıqlanmışdı.