“Qalatasaray”da daha bir ciddi itki

“Qalatasaray” daha bir futbolçusunu itirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Taylan Antalyalı sıradan çıxıb.

O, komandanın son məşqlərindən biri zamanı sol ayağından zədə alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçunun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

Qeyd edək ki, “Qalatasaray”ın digər zədəlilərindən Fernando Muslera, Marselo Saraççi və Radamel Falkao hələ də fərdi proqram əsasında hazırlıq keçir.

“Qalatasaray” Super Liqanın 11-ci turu çərçivəsində dekabrın 5-də “Hatayspor”u qəbul edəcək.