“Qalatasaray”da bir gündə 2 əməliyyat

Türkiyə çempionu “Qalatasaray”ın baş məşqçisi Fatih Terim və əlcəzairli legioneri Sofiane Fequli əməliyyat olunub.

Komanda.az xəbər verir ki, ötən gecə İtaliyada yerli “Fiorentina” ilə yoxlama oyununda qüvvəsini sınayan və 1:4 hesablı məğlubiyyətlə üzləşən İstanbul təmsilçisi geri qayıdarkən təyyarədə Fequlinin səhhətində problem yaranıb.

Xəstəxanaya çatdırılan futbolçunun böyrəyində daş olduğu üzə çıxıb və o, təcili əməliyyat olunub.

Baş məşqçi Fatih Terim isə belindəki ağrılar səbəbindən əməliyyata məruz qalıb. Hazırda 66 yaşlı mütəxəssisin, həmçinin Fequlinin vəziyyətinin yaxşı olduğu bildirilir. Amma onların sıraya nə vaxt dönəcəyi bilinmir.