“Fənərbaxça” doğma meydanda xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun oyunları dörd günü əhatə edib. Açılış matçında “Yeni Malatyaspor” “Göztəpə” ilə qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

“Gənclərbirliyi” – “Konyaspor” və “Dənizlispor” – “Trabzonspor” matçlarında qapıya qol vurulmayıb. “Alanyaspor” “Kayserispor”u məğlub yola salıb. “Beşiktaş” isə “Antalyaspor”la ev oyununda xal itkisi ilə üzləşib.

Səfərdə “Ərzurumspor”la qarşılaşan “Sivasspor” əzmkar qələbəyə sevinib. “Kasımpaşa” “Rizəspor”u məğlub yola salıb. “Qaziantep” – “Fatih Karagümrük” matçında qalib müəyyənləşməyib.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Son çempion “Başakşəhər” doğma meydanda “Qalatasaray”la üz-üzə gəlib. Matç qonaqların inamlı qələbəsiylə başa çatıb.

İlk turda “Rizəspor”u səfərdə məğlub edən “Fənərbaxça” bu dəfə “Hatayspor”un müqavimətini qırmağa çalışıb. Lakin İstanbul klubu bu görüşdən xal itkisi ilə ayrılıb.

Türkiyə Super Liqası, 2-ci tur

18 sentyabr

Yeni Malatyaspor – Göztəpə 1:1
Qol
: A.Büyük, 30-pen – H.Akbunar, 19.

19 sentyabr

Gənclərbirliyi – Konyaspor 0:0

Dənizlispor – Trabzonspor 0:0

Alanyaspor – Kayserispor 2:0
Qol
: Bareyro, 45+5; 77.

Beşiktaş – Antalyaspor 1:1
Qol
: Larin, 33 – G.Bayrakdar, 85.

20 sentyabr

Ərzurumspor – Sivasspor 1:2
Qol
: Novikovas, 70 – Kone, 82. Qradel, 86.

Kasımpaşa – Rizəspor 2:0
Qol
: Varqa, 13. Karius, 60.

Başakşəhər – Qalatasaray 0:2
Qol
: Falkao, 14-pen. Belhanda, 76.

Qaziantep – Fatih Karagümrük 2:2
Qol
: Kana, 53. Andre, 59 – Zukanoviç, 26. M.Erdinc, 90+5.

21 sentyabr

Fənərbaxça – Hatayspor 0:0

Bombardir: Radamel Falkao (Qalatasaray) – 3 qol.